Gürcüstanın Laqodexi rayonunda azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, istintaqla müəyyən edilib ki, 18 yaşlı kənd sakini mübahisə zəminində 1988-ci il təvəllüdlü həmkəndlisini ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb.
Polis tərəfindən saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, yaralanan şəxs xəstəxanadadır, vəziyyəti orta ağırdır. (Report)
Bizim.Media