Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı planlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.
O bildirib ki, telefon danışığı zamanı Ukrayna məsələsi müzakirə edilə bilər:
“Ərdoğanın regional və beynəlxalq məsələlərin bir çox aspektlərinə əhəmiyyətli təsiri var. Əgər cənab Ərdoğan bu təsirindən Kiyevlə bağlı Minsk razılaşmalarını, Parisdə əldə olunan razılaşmaları həyata keçirmək üçün istifadə edə bilsə, Rusiya bunu alqışlayar”.
Bizim.Media