Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 192 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 354 385 nəfər test edilib, onların 21 747-nin koronavirus testi pozitiv nəticə verib, 22 284 nəfər sağalıb.
Bizim.Media