DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.
Bizim.Media xəbər verir ki, onlar “REAL TV”yə danışıb.
Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı qəza baş verdiyini bildirib:
“Helikopter yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzik var. Sərnişin kabinəsinin girişin yanında idim. Heç bir şübhəli məqam yox idi”.
Digər yaralı - kapitan Ramil Ədilov bildirib ki, enişə gələndə birdən-birə idarəetmə itirilib:
“Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi”.
Bizim.Media