2771 xalla FİDE reytinqində səkkizinci yerdə qərarlaşan erməni qrossmeyster Levon Aronyan dekabrın 1-dən ABŞ bayrağı altında çıxış edəcək.
Bizim.Media “FİDE”yə istinadən xəbər verir ki, artıq şahmatçının saytdakı məlumatları dəyişdirilib.
Mənbə yazır ki, bundan sonra o, Amerika Şahmat Federasiyasını təmsil edəcək.
Xatırladaq ki, şahmat üzrə Ermənistan milli komandasının lideri, üçqat olimpiya çempionu ABŞ-a köçmək qərarını xeyli müddət əvvəl açıqlamışdı.
Aronyan bunu “şahmat sahəsinə burnunu soxan səriştəsiz dövlət xadimləri”nin verdiyi qərarlarla və dövlətin şahmata dəstəyinin kəsilməsi ilə əsaslandırıb.
Bizim.Media