Noyabrın 30-da səhər Rusiyanın Yakutsk şəhərində Arktika Dövlət Texnologiya Universitetinin ərazisində it sürüsü qadına hücum edib.
Heyvanların insana hücumunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bizim.Media “news.ykt.ru” nəşrinə istinadən xəbər verir ki, o, əvvəlcə yerə oturur, sonra ayağa qalxır və çanta ilə heyvanlarla mübarizə aparır.
Eyni zamanda itlər onu təqib etməyə davam edir, paltosunun ətəyindən yapışırlar.
“Bu gün səhər saat 11 radələrində itlər yaşlı qadına hücum edib. Onun xəz paltosu cırılıb, heyvanlar papağını dartıb aparmağa çalışıblar. Dülgərimiz Dmitri Leksun itləri qovub və papağı geri qaytarıb. Hücumdan sonra tələbələrdən biri qadına hippodromu keçməyə kömək edib. Qadın çox qorxub və ağlayıb”. Bu fikirləri nəşrə universitetin inzibati işlər üzrə prorektoru Oleq Usov bildirib.
O vurğulayıb ki, zərərçəkən universitetin əməkdaşı deyil, yoldan keçən adam olub. Bundan əlavə, Usov əlavə edib ki, bütün hücum edən itlər küçə itləri olub.
Bizim.Media