Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Ayvazyan təcili olaraq Moskvaya çağrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Pastinfo” portalı məlumat yayıb. Telegram kanalları da Ayvazyanın artıq Moskvada olduğunu qeyd edib.
MTX-nın mətbuat xidmətindən isə bu barədə yaxın saatlara rəsmi açıqlama olacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Ayvazyan dekabrın əvvəlində Moskvaya səfər edib.
Mediaport Telegram kanalının iddialaırna görə, Moskvada Armen Ayvazyana Soros casuslarının siyahısı təqdim edilib və onları tutduqları vəzifələrdən azad edilməsi tələb olunub.
Bundan əlavə, Rusiya, Rus televiziya kanallarının ictimai multipleksdən çıxarılması qərarının ləğv edilməsini də tələb edib. Verilən məlumatlara görə, Ayvazyana bu tapşırıqları yerinə yetirmək üçün bir həftə vaxt verilib.
Keçən müddət ərzində isə Ermənistan tərəfindən konkret addımın atılmaması Rusiyanı qəzəbləndirib. İndi o, Moskva qarşısında hesabat verməlidir.
Vüsalə Balayeva, Bizim.Media