Saakaşvili: “Mən Gürcüstanın nə prokurorluğunu, nə də məhkəmə sistemini tanıyıram”

Bu gün, noyabrın 29-da keçirilən prosesdə iştirak edən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib ki, nə prokurorluğu, nə də Gürcüstanın məhkəmə sistemini tanıyır. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Tbilisidə məhkəmə zalında çıxışı zamanı bildirib.

Saakaşvili hakimlərə müraciət edərək "Mən artıq yazılmış komediyanın bir hissəsi olmaq üçün buraya gəlməmişəm" deyib.

Daha sonra eks-prezidentin vəkili Bek Basilaya telekanalların məhkəmə zalından canlı yayıma icazə verilməsi ilə bağlı vəsatətlə hakimlərə müraciət edib.

“Bu gün biz biabırçı, lakin tarixi bir prosesin şahidi oluruq. Üçüncü prezident Mixail Saakaşvili məhkəmədə iştirak edir və ilk dəfə olaraq öz sözünü demək imkanı qazanır. Məhkəməni canlı yayımlamaq istəyən telekanallardan rəsmi məktublarımız var”, - deyə Basilaya bildirib. 

Daha sonra hakim Nino Elişvili Saakaşvilinin vəkillərinə məhkəmə prosesinin sosial şəbəkələrdə yayımının dayandırılması tələbi ilə müraciət edib.

“Yayımı söndürün və ya məhkəmə zalını tərk edin. Məhkəmə icraçılarından buna cavab vermələrini xahiş edirəm”. Hakim belə deyib.

Bundan sonra vəkillər canlı yayımı dayandırıb.

Xatırladaq ki, bu gün Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilir.
 

Keçmiş Gürcüstan lideri 2007-ci il noyabrın 7-də etirazçıları dağıtmaqda, İmedi televiziyasının ofisinə hücumda və Badri Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə ittiham olunur.


Saakaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan müvafiq maddəsi ilə ittiham irəli sürülüb. Göstərilən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

41 yaşlı kişi evində ölü TAPILDI

41 yaşlı kişi evində ölü TAPILDI

"Flik dedi ki, mükafatlandırma mərasimində də siqaret çəkə bilərsən"

"Flik dedi ki, mükafatlandırma mərasimində də siqaret çəkə bilərsən"

Ziyansız kimi görünüb, zəhər saçan içkilər AÇIQLANDI

Ziyansız kimi görünüb, zəhər saçan içkilər AÇIQLANDI

“Nə qədər bağlı geyinsəm də, deyəcəklər, "bu qız lütdür"” - VİDEO

“Nə qədər bağlı geyinsəm də, deyəcəklər, "bu qız lütdür"” - VİDEO

Rusiyada 6 MEDAL

Rusiyada 6 MEDAL

Flora Kərimova: “Niyə ağzınıza su alıb oturmusunuz?” - VİDEO

Flora Kərimova: “Niyə ağzınıza su alıb oturmusunuz?” - VİDEO

Hindistan Rusiyadan neft təchizatını azaltdı, başqa ölkədən alır - KİV

Hindistan Rusiyadan neft təchizatını azaltdı, başqa ölkədən alır - KİV

Bakının iki rayonunda SU KƏSİLƏCƏK

Bakının iki rayonunda SU KƏSİLƏCƏK

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

La liqada ayın ən yaxşı baş məşqçisi AÇIQLANDI

La liqada ayın ən yaxşı baş məşqçisi AÇIQLANDI

"Ayağını qoyursan, mərmərlər düşür" | "Şamaxinka”da təhlükə yaradan piyada keçidi ləğv ediləcək? - VİDEO

"Ayağını qoyursan, mərmərlər düşür" | "Şamaxinka”da təhlükə yaradan piyada keçidi ləğv ediləcək? - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Zaqatalada EV YANDI

Zaqatalada EV YANDI

İstanbul derbisində HEÇ-HEÇƏ: 90+5-də bərabərlik qolu - VİDEO

İstanbul derbisində HEÇ-HEÇƏ: 90+5-də bərabərlik qolu - VİDEO

Azərbaycanlı bloger robot it aldı - VİDEO

Azərbaycanlı bloger robot it aldı - VİDEO

Dərinin gənc qalmasının sirri kartofun gövdəsində imiş - ARAŞDIRMA

Dərinin gənc qalmasının sirri kartofun gövdəsində imiş - ARAŞDIRMA

Belçikadan ÇAĞIRIŞ: Rusiya aktivlərinin müsadirəsindən imtina edin

Belçikadan ÇAĞIRIŞ: Rusiya aktivlərinin müsadirəsindən imtina edin

Horovlu kənd tam orta məktəbi fəaliyyətə başladı - FOTO

Horovlu kənd tam orta məktəbi fəaliyyətə başladı - FOTO

“Yuventus”da ŞOK İTKİ

“Yuventus”da ŞOK İTKİ

Ofelya Şabanova ağır xəstəlikdən əziyyət çəkir? - VİDEO

Ofelya Şabanova ağır xəstəlikdən əziyyət çəkir? - VİDEO

Ərdoğan: “Qara dənizdə gəmilərə edilən hücumların bəraəti ola bilməz"

Ərdoğan: “Qara dənizdə gəmilərə edilən hücumların bəraəti ola bilməz"

Millimizin hücumçusu zədəsini SAĞALTDI

Millimizin hücumçusu zədəsini SAĞALTDI

Şıxlinskinin yerinə təyin olunan diaspor rəhbəri də Rusiyada SAXLANILDI

Şıxlinskinin yerinə təyin olunan diaspor rəhbəri də Rusiyada SAXLANILDI

“Gör, qadınlar nə əziyyət çəkir!” - Avtobus zolaqları tıxac yaradır? - VİDEO

“Gör, qadınlar nə əziyyət çəkir!” - Avtobus zolaqları tıxac yaradır? - VİDEO

End of content

No more pages to load

RADİO