Rusiyada artıq koronavirusun yeni "omikron" ştamı ilə yoluxmuş xəstələr var.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi Vladimir Kruqlıy bildirib.
Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.
Məlumata görə, Cənubi Afrikada yeni ştama yüzə yaxın yoluxma qeydə alınıb. Bir sıra ölkələr bəzi Afrika dövlətlərinə səyahət qadağaları tətbiq edib.
Bizim.Media