Cümə günü Füzuli rayonu istiqamətində axtarışlar zamanı daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.
Mənbə yazır ki, erməni hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.
Erməni işğalından azad edilən ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ərzində ümumilikdə 1702 nəfərin (hərbi və mülki şəxslər) meyiti və qalıqları aşkar edilərək Ermənistan tərəfinə təhvil verilib.
Bizim.Media