Dünən Ermənistanda Azərbaycanla sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində başından güllə yarası almış erməni çağırışçı Suren Avetisyanın meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan mətbuatı yayıb.
Və bu gün məlum olub ki, Suren Avetisyanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə onun həmkarı saxlanılıb.
İstintaq Komitəsi qeyd edir ki, Suren Avetisyan həmkarı tərəfindən başından ölümcül güllə yarası alıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Bizim.Media