Ermənistan cinayətlərinin HESABATI

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub.

Ombudsman Aparatının Mətbuat xidmətindən Bizim.Media bildirilib ki, Səbinə Əliyeva tərəfindən ilk gündən Naftalan, Tərtər, Gəncə, Bərdə şəhər və rayonlarında, ətraf kəndlərdə yerində faktaraşdırıcı missiyalar həyata keçirilib, beynəlxalq təşkilatlara ünvanlanan 7 hesabat, 8 bəyanat, 12 müraciət, 50 dən çox mətbuat açıqlaması faktlar əsasında hazırlanmaqla təqdim olunub, dünya ictimaiyyəti məlumatlandırılıb, çağırışlar edilib.

Hesabatlar və müvafiq məlumatlar 2 dildə www.ombudsman.az rəsmi internet səhifəsində yerləşdirilib, mütəmadi olaraq məlumatlar feysbuk və tvitter sosial şəbəkələrində yayımlanıb.

Təqdim olunmuş hesabatlarda Ermənistanın aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə, çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirməsi, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket kompleksindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi cinayətlər obyektiv və real faktlarla təqdim edilib.

Əsassız mövqe nümayiş etdirən BMT-nin Uşaq Fondu (UNICEF) və digər təşkilatlara ünvanlanan etiraz bəyanatları da təsirli tədbirlərin görülməsinə imkan verib.

Faktaraşdırıcı missiya və araşdırmaların həyata keçirilməsi prosesinə Ombudsmanın dəvəti ilə beynəlxalq təşkilatların, xarici ölkələrin milli insan hüquqları və Ombudsman təssiatlarının nümayəndələri, yerli və xarici televiziya kanalları və digər media nümayəndələri də cəlb olunub.

S.Əliyevanın təşəbbüsü əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Gəncədə faktaraşdırıcı missiya həyata keçirilib. Artıq bununla bağlı hesabat dərc olunaraq beynəlxalq ictimaiyyətə təqdim olunub.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-mədəni və dini abidələrin, o cümlədən ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə etməsi də faktlar əsasında beynəlxalq təşkilatlara təqdim olunub, xüsusi prosedurların tətbiqi və hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi də bəyanat və çağırışlarda yer alıb.

Ombudsman tərəfindən Ermənistanın hərbi təcavüzü ilə əlaqədar 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı fosfor tərkibli kimyəvi silahlardan dəfələrlə istifadə edilməsi ilə əlaqədar müraciət yayımlanıb.

Ombudsman tərəfindən beynəlxalq təşkilatlara müraciətlər əsasında Ermənistan tərəfindən əsir götürülmüş hərbi qulluqçularımızın məsələsi ilə bağlı sistemli işlər görülüb.

Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə əhalinin sayını süni şəkildə artırmaq və həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparması, muzdlular və terrorçu qruplaşmaların cəlb edilməsi də faktlar əsasında beynəlxalq təşkilatlar qarşısında qaldırılıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah-sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə ünvanlanan müraciətlər faktlar əsasında təsdiq olunur.

Ombudsmanın təqdim etdiyi hesabatların hazırlanması prosesində aparılmış araşdırmalar Ermənistanın iştirakçısı olduğu Konvensiya və beynəlxalq müqavilələrin tələblərini kobud şəkildə pozduğunu faktlar əsasında təsdiqləyir.
 
Belə ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları, xüsusən III və IV Cenevrə Konvensiyaları, Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, “Uşaq hüquqları” haqqında BMT Konvensiyası və onun fakültativ protokolları, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozması müəyyən olunub.

Qeyd olunmalıdır ki, istər beynəlxalq hüquq normalarının, istərsə də milli qanunvericiliyin tələbləri baxımından toplanmış bu faktlar aparılan araşdırmalar və istintaq proseslərində əhəmiyyətli rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliya Ukraynaya silah tədarükü üçün imzaladığı müqaviləni LƏĞV ETDİ

İtaliya Ukraynaya silah tədarükü üçün imzaladığı müqaviləni LƏĞV ETDİ

Vəkillər Kollegiyasının üzvü VƏFAT ETDİ

Vəkillər Kollegiyasının üzvü VƏFAT ETDİ

Bu futbolçu “Real”dan ayrılmaq istədiyini bildirdi

Bu futbolçu “Real”dan ayrılmaq istədiyini bildirdi

Tovuzda 3 maşın toqquşdu, xəsarət alan var - FOTO/VİDEO

Tovuzda 3 maşın toqquşdu, xəsarət alan var - FOTO/VİDEO

Rumıniya hərbçiləri Qara dənizdə suüstü PUA zərərsizləşdiriblər - VİDEO

Rumıniya hərbçiləri Qara dənizdə suüstü PUA zərərsizləşdiriblər - VİDEO

Lalə Eltona CAVAB VERDİ: “Allah ona şəfa versin” - VİDEO

Lalə Eltona CAVAB VERDİ: “Allah ona şəfa versin” - VİDEO

Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

İlin komandası adına namizədlər BƏLLİ OLDU

İlin komandası adına namizədlər BƏLLİ OLDU

Bakıda restoran YANDI

Bakıda restoran YANDI

Gəncədə QƏZA: Moped sürücüsü xəsarət aldı

Gəncədə QƏZA: Moped sürücüsü xəsarət aldı

Masallıda marketdə istehlaka yararsız spirtli içkilər AŞKARLANDI - FOTO

Masallıda marketdə istehlaka yararsız spirtli içkilər AŞKARLANDI - FOTO

Gününü “reels” izləməklə keçirənlərə XƏBƏRDARLIQ

Gününü “reels” izləməklə keçirənlərə XƏBƏRDARLIQ

Ruhəngiz Musəvidən İzzətlə bağlı qalmaqallı SÖZLƏR

Ruhəngiz Musəvidən İzzətlə bağlı qalmaqallı SÖZLƏR

Basketbol Liqası: “Ordu” “Sərhədçi”ni MƏĞLUB ETDİ

Basketbol Liqası: “Ordu” “Sərhədçi”ni MƏĞLUB ETDİ

Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Xurma haqqında BİLMƏDİKLƏRİNİZ: Gündə 3-4 ədəd yesəniz…

Xurma haqqında BİLMƏDİKLƏRİNİZ: Gündə 3-4 ədəd yesəniz…

Millimizin üzvü oynadı, komandası bərabərə qaldı - VİDEO

Millimizin üzvü oynadı, komandası bərabərə qaldı - VİDEO

Pakistan gələn il Ermənistanda SƏFİRLİK AÇACAQ

Pakistan gələn il Ermənistanda SƏFİRLİK AÇACAQ

"Nadir Qafarzadə toyda məni oxumağa qoymadı" - VİDEO

"Nadir Qafarzadə toyda məni oxumağa qoymadı" - VİDEO

BMT baş katibi ABŞ-ı buna görə QINADI: “Beynəlxalq hüquqa ziddir”

BMT baş katibi ABŞ-ı buna görə QINADI: “Beynəlxalq hüquqa ziddir”

Murad Quliyevlə bağlı cinayət işinin istintaqı YEKUNLAŞDI

Murad Quliyevlə bağlı cinayət işinin istintaqı YEKUNLAŞDI

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi DƏYİŞDİ

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi DƏYİŞDİ

Minaya düşən şəxsin SON DURUMU

Minaya düşən şəxsin SON DURUMU

“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?

“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?

End of content

No more pages to load

RADİO