“Armekonombank”ın avtomobili partladılıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvanın Davtyan küçəsində partlayış baş verib. Polisin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Partlayan Lexus markalı avtomobil isə, “Armekonombank”ın rəhbəri Aram Xaçatryana məxsus olub. Onun sürücüsünün sözlərinə görə, partlayış avtomobil bir neçə metr irəlilədikdən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media