Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin beyni zədələnib.
Bizim.Media xəbər verir ki, bu fikri onun “yeni arvadı”, ukraynalı deputat Yelizaveta Yasko səsləndirib.
O, hesab edir ki, buna səbəb eks-prezidentin uzun müddət aclıq aksiyası keçirməsidir.
"Bu, onun daxili orqanlarının və beyninin zədələnməsi ilə bağlı simptomlardır. Təbii ki, çox qorxuludur", - deyə Yasko qeyd edib.
Bundan əvvəl Saakaşvili həbsxana xəstəxanasından hərbi hospitala köçürülüb və aclıq aksiyasını dayandırıb.
Bizim.Media