"Rusiya parçalanır və biz onunla bir zəncirlə bağlıyıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Noyan tapan” telekanalının efirində müstəqil erməni rejissor, ssenarist, prodüser və politoloq Tiqran Xzmalyan səsləndirib.
Onun sözlərinə görə, ermənilər bu zənciri nə qədər tez qırsa, xilas ola bilər:
“Mən təkrar edirəm. Rusiyanın obrazı yavaş-yavaş batan Titanikdir. O, aysberqlə toqquşub. Böyük gəmilər isə tez parçalanır".
Bizim.Media