Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, mətbuata danışığın bəzi məqamları sızıb.
Liderlər öncə ölkələrindəki vəziyyətlə bağlı bir-birlərini məlumatlandırıblar. Sonra KTMT çərçivəsində problemli məsələlər müzakirə predmeti olub.
Ermənistanın baş naziri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları haqqında da danışıb.
Bizim.Media