Ermənistan Parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Komissiyasının sədri, Andranik Koçaryan Azərbaycanla dialoqa baslamağın lazım olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Vestnik Kavkaza" məlumat yayıb.
Koçaryan bildirib ki, diplomatik əlaqələr perspektivlərə təsir edəcək:
"Həm mənəvi, həm də psixoloji olaraq məğlub olduq, nə gedər çətin olsa da, qalib gələn tərəflə dialoqa başlamağa cəhd etməliyik. Azərbaycanla diplomatik münasibətlərin qurulması, gözlənilən perspektivləri dəyişdirəcək",- deyə, o əlavə edib.
Bizim.Media