Türkiyə yenidən YUNESKO İcraiyyə Şurasının üzvü seçilib.
Bizim.Media xəbər verir ki, Türkiyə 2021-2025-ci illər arasında Şuranın üzvü kimi vəzifəsini icra edəcək.
Qeyd edək ki, İcraiyyə Şurası 58 üzv ölkədən ibarətdir və 4 il müddətinə seçilir.
Türkiyə 2017-2021-ci illər arasında YUNESKO-nun İcraiyyə Şurasının üzvü olub.
Bizim.Media