"Cənab Paşinyan, ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız”.
Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu fikirləri “Şərəfim var” blokunun deputatı Ayk Mamicanyan sələndirib.
Baş nazir Nikol Paşinyanın ona cavabı özünü çox gözlətməyib:
"Sənə pis xəbərim var. Mən həbsdə olmuşam, özü də Ermənistanda dörd penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç pis hiss etməmişəm”.
Bizim.Media