Ermənistanda müxalifət partiyanın lideri Geqam Manukyan saxlanılıb.
Bizim.Media "Sputnik Armenia"ya istinadla xəbər verir ki, baş nazir vəzifəsinə müxalif "Daşnaksütyun" partiyasının namizədi, Geqam Manukyan Nikol Paşınyanın istefası tələbi ilə keçirilən mitinqdə, polis tərəfindən saxlanılıb.
Bundan əlavə polis daha 34 aksiya iştirakçısını tutub.
Xatırladaq ki, bu gün saat 12:00-da müxalifətin Paşinyana istefası üçün verdiyi müddət bitib. Bunun ardınca ölkədə müxalifətin çağırışı ilə aksiyalar başlayıb və etirazçılar yolları bağlama cəhd ediblər.
Bizim.Media