Rusiyanın baş naziri Mixail Mişustin bu gün, noyabrın 18-də Ermənistana ikigünlük işgüzar səfərə yola düşür.
Bizim.Media Rusiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İrəvanda Rusiya Nazirlər Kabinetinin rəhbəri Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası şurasının iclasına qatılacaq.
"2021-ci il noyabrın 18-19-da İrəvanda Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək", - mətbuat xidməti bildirib.
Bizim.Media