Ermənistanın yeni müdafiə naziri Suren Papikyanın 2013-15-ci illərdə yazdığı statuslar sosial şəbəkələrin erməni seqmentində gündəm olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.
“Mən "Gömrük İttifaqı"na, rusofiliyaya (ruslara sevgi) və köləliyə qarşıyam. Yaşasın müstəqil və suveren Ermənistan!
"Hərbi müttəfiq", lənət olsun sənin müqəddəs torpaqlarımıza ayaq basdığın günə!”, deyə o, qeyd edib.
Bizim.Media
