Rusiyalı hərbi ekspert İqor Korotçenko Şuşanın yeni fotolarını yayıb.
Bizim.Media xəbər verir ki, görüntülər onun Telegram kanalında yer alıb.
Korotçenko paylaşımına bu sözləri əlavə edib:
“Qarabağ" mehmanxanasının 9-cu mərtəbəsindən Şuşa şəhərinin panoraması”.
Xatırladaq ki, hərbi ekspert bu yaxınlarda bir sıra rusiyalı politoloq və analitiklərlə birgə Şuşada səfərdə olub. Onlar, həmçinin ötən ayın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən Füzuli hava limanına da baş çəkiblər.
Bizim.Media