“Azərbaycan-Ermənistan sərhədində yenidən başlayan döyüşlər ciddi narahatlığa səbəb oldu, lakin Rusiyanın vasitəçiliyi ilə buna son qoyuldu”.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov səsləndirib.
Onun sözlərinə görə, Moskva vasitəçilik səylərini davam etdirəcək, nizamlanmanın yeganə yolu Qarabağ üzrə ümumi razılaşmaların həyata keçirilməsidir.
“Hansısa mərhələdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü lazım olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır”, deyə o, qeyd edib.
Bizim.Media