Noyabrın 16-dan 17-nə keçən gecə İrəvanda 8 saylı “Haypost” poçt şöbəsi qarət edilib.
Bizim.Media “Shamshyan” saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında yayılan video görüntülərdə iki maskalı şəxsin binaya daxil olması, şüşəli konteyneri çəkiclə sındırması və erməni əsgərləri üçün bağışlanan pulu götürməsi əks olunub.
Polisdən bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Bizim.Media