Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Novosti Armeniya” agentliyi məlumat yayıb.
Ermənistan müxalifəti yaranmış vəziyyətə görə Baş nazir Nikol Paşinyan hökumətini ittiham edib.
"Vəziyyətin tam həllini hakimiyyətin istefasında görürüj. N.Paşinyanın istefasından sonra bacarıqlı qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün işlər görüləcək", - deyə bildirilib.
Bizim.Media