“Türkiyə Silahlı Qüvvələrinin hazırda Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətlərinə dəstəyi, həmçinin işğaldan azad olunan ərazilərdə birlikdə minatəmizləmə fəaliyyəti davam edir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
“İndi Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı təsəvvür edilə bilməyəcək səviyyəyə çatıb.
Təhlükəsizlik məsələsi başda olmaqla, az qala, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan Şuşa Bəyannaməsi bu mənada tarixi bir addımdır”, - o bildirib.
Bizim.Media