Gümrü şəhərində Ermənistan Hərbi Hava Qüvvələrinin xüsusi ixtisaslaşdırılmış bazasının qarşısında partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, hadisə bu gün saat 14:00 radələrində qeydə alınıb.
Həkimlərin sözlərinə görə, partlayış nəticəsində on səkkiz yaşlı gənc oğlan döş qəfəsindən ağır yaralanıb. O, “Gümrü” tibb məntəqəsinə aparılıb.
Bizim.Media