Kişi olduğu iddia edilən İranın qadınlardan ibarət milli komandasının qapıçısı Zöhrə Xudayi İordaniya Futbol Federasiyasını məhkəməyə verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə idmançı yerli mətbuata açıqlaması zamanı danışıb.
"Mən qadınam. İordaniya Futbol Assosiasiyasını məhkəməyə verəcəm. Onların mənə qarşı etdiyi zorakılıqdır”, - deyə Z. Xudayi bildirib.
Xatırladaq ki, 34 yaşlı qolkiper Z.Xudayinin oyunu nəticəsində İran millisi İordaniya yığmasına qalib gəlib. Qarşılaşmadan sonra rəqib komanda İran yığmasının qapıçısının kişi olduğu barədə iddialar səsləndiriblər.
Bizim.Media