Ermənistan prezidenti Armen Sarkisyan baş nazirin təklifi ilə Suren Papikyanı müdafiə naziri təyin edib.
Bizim.Media xəbər verir ki, fərman dövlət başçısının saytında yerləşdirilib.
Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.
Sarkisyan həmçinin Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılması haqqında fərman imzalayıb.
Bundan əvvəl baş nazirin ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti qarşıdan gələn kadr dəyişiklikləri ilə bağlı məlumat yayıb.
Bizim.Media