Rusiya sülhməramlıları bir ay ərzində 4 mindən çox tranzit avtomobil nəqliyyatının və 7,5 minə yaxın insanın Laçın dəhlizi ilə Qarabağa təhlükəsiz giriş-çıxışını təmin ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.
“Lazım gələrsə, hər bir avtomobilə baxış keçiririk. Ümumilikdə isə hər gün bu dəhlizdən 150-dən çox avtomobil keçir”, - deyə sülhməramlı kontingentin nümayəndəsi Oleq Qlebov bildirib.
Bizim.Media