Azərbaycan idmançısı Gözəl Zutova İstanbulda qarışıq döyüş növləri (MMA) üzrə döyüşdə erməni rəqibi Nare Marqarosyanı nokaut edib.
Bizim.Media xəbər verir ki, “Yusif Fight Championship” turniri çərçivəsində baş tutan döyüşdə Zutovaya qələbə üçün on saniyə lazım olub.
Qeyd edək ki, bu Azərbaycan idmançısının peşəkar rinqdə onuncu qələbəsidir.
Bizim.Media