Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 16-da Gürcüstanla bağlı 2 qərarını elan edəcək.
Bizim.Media xəbər verir ki, Levan Kikabidzenin Gürcüstana qarşı məhkəmə iddiasında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə hüququ) pozulduğu bildirilib.
22 il azadlıqdan məhrum edilmiş L.Kikabidze ərizəsində göstərir ki, ona kasasiya şikayəti vermək üçün şərait yaradılmayıb.
Teymuraz Mikeladze, Otar Mikeladze, Malkaz Beridzü və Qoşa Beridzenin Gürcüstana qarşı iddialarında isə konvensiyanın 3-cü (İşkəncə və alçaldıcı rəftarın qadağan edilməsi) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin tələblərinin pozulduğu deyilir. İddiaçılar saxlanan zaman zorakılığa məruz qaldıqlarını bildiriblər. (APA)
Bizim.Media