Erməni Apostol Kilsəsinin Şirak piskoposluğunun baş yepiskopu Mikael Adjapaxyan Paşinyanln qatıldığı mərasimindən imtina edib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, keşiş Spitak zəlzələsinin ildönümü münasibətilə Nikol Paşinyanın fəlakət qurbanlarının xatirəsi ilə bağlı keçirilən anım mərasiminə qatılmasını özü üçün arzuolunmaz hesab edib:
“Ona görə də Paşinyanın qatıldığı mərasimdə xidmətdən imtina etdim. Bu, hər hansı bir din xadiminin haqqıdır”.
O bildirib ki, din xadimi kiminsə xahişi ilə xidmət etmək məcburiyyətində deyil.
Qeyd edək ki, 1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü münasibətilə Nikol Paşinyan fəlakət qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etmək üçün Gümrü, Spitak, Vanadzor şəhərlərinə, Şirakamut kəndinə səfər edib.
Bizim.Media