2021-ci ilin oktyabrında Gürcüstanda həbs edilən Mixail Saakaşvilinin vəkili Con Sendvic təcili olaraq Gürcüstana gəlib.
Bizim.Media-nın Gürcüstan bürosunun əldə etdiyi məlumata görə, son zamanlar Saakaşvilinin səhhətində yaranan problemlər və onun həbsxanada yerinin dəyişdirilməsi vəkili bu addımı atmağa vadar edib.
Qeyd edək ki, artıq prosesləri yaxından izləmək üçün Ana Fotiqa da daxil olmaqla Avropa Parlamentinin digər üzvləri Gürcüstandadır.
Xatırladaq ki, bir müddətdir ki, Saakaşvilinin həbs olunması dünya gündəminə zəbt edib.
Vüsalə Balayeva, Bizim.Media