Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin apelyasiya şikayəti üzrə qərar çıxarıb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, AİHM Gürcüstanın keçmiş prezidentinin özəl klinikada müalicə olunmaq təklifini qəbul etməyib.
Üstəlik onun qarşısında aclıq aksiyasına son qoymaq tələbini qoyub.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze bu informasiyanı özünün Facebook səhifəsində təsdiq edib.
Bizim.Media