Gürcüstanın müxalifət partiyaları paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirib.
Bizim.Media xəbər verir ki, keçmiş prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, onun azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edilən aksiyaya minlərlə insan qatılıb.
Qeyd edək ki, Mitinq Vahid Milli Hərəkat Partiyası tərəfindən təşkil olunub.
Bizim.Media