Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanla və Serj Sarkisyan Xankəndiyə gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Eks-prezidentlər noyabrın 7-də 93 yaşında ölən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak ediblər.
Qeyd edək ki, Xankəndiyə gələnlər arasında qondarma rejimin sözdə keçmiş "prezidenti" Bako Saakyan da var.
Bizim.Media