Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçiləri ilə rusiyalı hərbçilər arasında dava düşüb.
Bizim.Media Ermənistanın shamshyan.com portalına istinadən xəbər verir ki, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyak Qafan sakinləri ilə mübahisə ediblər.
Yerli sakinlərdən biri Armen Avanesyan kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin şahidləri münaqişə barədə polisə məlumat veriblər. Rus hərbçiləri polis bölməsinə aparılıb.
Bizim.Media