Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə növbəti aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, Vahid Milli Hərəkat Partiyası təşkil etdiyi mitinqdə iştirak etmək üçün minlərlə insan Azadlıq meydanına toplaşıb.
Mitinqlə əlaqədar olaraq Tbilisinin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.
M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavi həbsxanasına yerləşdirilib. O, bu gün Qldani türmə xəstəxanasına yerləşdirilib.
Bizim.Media