İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İranın atom müzakirələrinə qayıtması üçün 3 qeyri-mümkün şərt irəli sürüb.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İran tərəfindən irəli sürülən həmin şərtlər aşağıdakılardır:
- Amerika təqsirkar olduğunu qəbul etməlidir.
- Sanksiyalar dərhal ləğv edilməlidir.
- Amerika başqa heç bir dövlətin Trampın atom anlaşmasından çıxması kimi halları təkrarlamayacağına zəmanət verməlidir.
Bizim.Media