Ermənistanı son 9 ayda 102 min nəfər birdəfəlik tərk edib - Bu, fors-majordur

Yadınızdadırmı, “məxməri inqilab”dan sonra Paşinyan və komandası iddia ilə  ermənilərin öz vətənlərinə kütləvi surətdə qaytarılacağını bəyan etmişdilər. Artıq 3 ildən çox vaxt keçib, hakimiyyət bu mövzuda danışmır, lovğalanmaqdan əl çəkib və əhalinin Ermənistandan kütləvi şəkildə getdiyini göstərən rəqəmlər isə mütəxəssisləri və ictimaiyyəti narahat edir.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Ermənistanın səsi" nəşrinə müsahibəsində sosioloq, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademiki Gevorq Poqosyan səsləndirib.

Onun sözlərinə görə,   təkcə bu ilin ilk altı ayında 22 min əhali  Rusiya vətəndaşlığını qəbul edib:

“Bu, son bir neçə ilin tendensiyalarına nəzər salsaq, rekord göstərici idi. 2017-ci ildə isə hakimiyyət dəyişməyənədək bu rəqəm yarıbayarı idi. Diqqət yetirin: bunlar yalnız vətəndaşlıq üçün müraciət edən və vətəndaşlıq alan insanlardır. Rusiya vətəndaşlığı olmayanlar artıq onu əldə etməyə çalışırlar.

Biz uzun müddətdir ki, miqrasiya meyllərini, onun istiqamətlərini və təbii ki, səbəblərini öyrənirik. Ermənistandan köçün həmişə iki əsas səbəbi olub.

Birincisi işdir. Vətənində iş tapa bilməyən və ya maaşın səviyyəsindən qane olmayan insanlar çıxıb gedir. Həmişə belə olub. Onların 80%-i Rusiyaya gedir. İkinci səbəb siyasidir və 30 il ərzində bu, aktuallığını qoruyub saxlayıb: müharibə təhlükəsi, Qarabağ münaqişəsinin nizamlanmaması və s. Müharibədən sonrakı vəziyyət yuxarıda göstərilən hər iki səbəbi daha da ağırlaşdırıb və təhlükəsizlik problemini çox aktual edib”.

Poqosyan hesab edir ki, həmvətənlərimiz, xüsusən də sərhədyanı rayonlarda yaşayanlar daimi ekzistensial təhlükə altındadırlar.

“Onlar hər gün Azərbaycan ordusunun əsgərlərini görürlər. Vətəndaşlarımızın bizim əsgərləri görməməsi, Ermənistan hakimiyyəti tərəfindən heç bir müqavimətin göstərilməməsi insanları istənilən ssenariyə hazır olmağa sövq edir. Sabah düşmən sadəcə onların evinə daxil ola bilər. Sözün əsl mənasında bu, böyük psixoloji diskomfort yaradır və ağlına ilk gələn şey ordan ayrılmaqdır.

Sərhəd kəndləri belə viran edilir. Biz əvvəllər də analoji prosesi müşahidə etmişdik, lakin itirilmiş müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri bilavasitə bizim sərhədimizdə, hətta ərazimizdə olanda bu, həqiqətən də insanlar üçün ekzistensial problemdir. Get, özünü, ailə üzvlərini xilas et. Ən pisi isə odur ki, Ermənistan hakimiyyəti heç nə etmir. Azərbaycan həqiqətən də ölkəni müharibə etmədən ermənizisləşdirir, hakimiyyət isə heç bir müqavimət göstərmir”.

Sosioloq vurğulayır ki, Ermənistanın silahsızlaşdırılması Türkiyənin tarixi arzusudur:

“Türklər çoxdan buna başlayıblar,  erməniləri ölkələrindən tamamilə təmizləyiblər, indi sıra Ermənistana çatıb. Ancaq son vaxtlara qədər sual sırf siyasi, tarixi, spekulyativ idi. İndi bu, düşmənçilik xarakteri daşıyır.

Müharibəyə başlamaq lazım deyil. Sadəcə ermənilərin ərazidən getmək instinktini işə salmaq üçün düşmənin Silahlı Qüvvələrini erməni yaşayış məntəqələrinin bilavasitə yaxınlığında yerləşdirmək kifayətdir. Düşmən praktiki olaraq evimizdədir. Atəş etməsə belə, bu, insanın zəifliyini hiss etmək üçün kifayətdir.

Beləliklə, bir tərəfdən türklər çoxillik tarixi proqramını həyata keçirir, digər tərəfdən də hökumətimiz buna heç bir şəkildə qarşı çıxmır.

Əhali hakimiyyətin çarəsizliyini görür, nəticədə isə çantalarını yığmağa məcbur qalır. Sentyabr ayına olan informasiyaya görə ölkəni 9 ay ərzində 102 min nəfər birdəfəlik tərk edib. Əvvəllər isə hər il ölkədən orta hesabla 30-35 min nəfər gedirdi. 102 min artıq fors-majordur, il isə hələ bitməyib.

Belə davam edərsə, tam bir fəlakətlə üzləşəcəyik. Biz nə etməliyik? Dərhal birləşməli, ümumxalq səfərbərliyi elan etməli, milli hakimiyyətimizi yaratmalı, müdafiə qüdrətimizi çoxaltmalıyıq. Əks halda Ermənistan Türkiyə-Azərbaycan peykinə çevriləcək. Bu, bir reallıqdır...”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

End of content

No more pages to load

RADİO