“Səhiyyə sistemi yüklənib. Əgər insanlar növbədədir, gözləyirlərsə, deməli, xəstəxanalarda yer yoxdur”.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 4-də hökumətin iclasında deyib.
Paşinyan əlavə edib ki, koronavirusa görə hər gün insanlar ölür və bu aqibətdən qaçmaq üçün vaksin olunmaq lazımdır:
“Biz qapanmalara getməyəcəyik. Vaksin olunun”.
Xatırladaq Ermənistanda son 10 gündə koronavirusdan ölənlərin sayı 600-ü keçib.
Hər gün təxminən 65-67 nəfər bu xəstəlikdən dünyasını dəyişir.
Bizim.Media