“Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağa dair yeni üçtərəfli sənədlərin imzalanması ilə bağlı hər hansı bir məlumatımız yoxdur”.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova bildirib.
M.Zaxarova görüşün detalları barədə geniş danışmaq istəməyib.
O, tərəflərin atəşkəs və hərbi əməliyyatların dayandırılması rejiminə bütövlükdə riayət etdiklərini deyib.
Bizim.Media