Ermənistanın xarici işlər naziri Ara Ayvazyan 6-7 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səfər zamanı iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladıqları bəyanatın reallaşdırılması ilə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olacağını açıqlayıb.
Bizim.Media