Türkiyədə azərbaycanlı iş adamları bir araya toplandı


“Azərbaycan-Türkiyə münasibətləri bütün qardaş ölkələr üçün nümunədir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin Qarabağ Zəfərinin 1 illiyinə həsr olunmuş tədbirində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr sadəcə gəlir əldə etmək üçün deyil, eyni zamanda, qardaş ölkənin infrastrukturu başda olmaqla bir sıra sahələrin də inkişafına yönəldilib.

Bunu iki ölkə arasındakı əsrlərə dayanan qardaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirən diplomat eyni münasibətin Türkiyə tərəfindən də nümayiş etdirildiyini, işğaldan azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işlərində də Türkiyənin yaxından iştirak etdiyini bildirib :

“İki qardaş ölkə hər sahədə olduğu kimi, iqtisadi cəhətdən də bir-birini qarşılıqlı investisiyalarla dəstəkləyir. Bakı-Tbilisi-Ceyhan boru kəməri iki ölkə iqtisadiyyatına böyük töhfə verir. Bundan əlavə, neft və təbii qaz sahəsində də görülən işlər, qurulan əməkdaşlıqlar ölkələrimizin birliyinin nəticəsidir”.

Rəşad Məmmədov qeyd edib ki, bu ilin iyunun 15-də iki ölkə arasında imzalanan "Şuşa Bəyannaməsi" də məhz “Bir millət, iki dövlət” şüarının daha da güclənməsinə xidmət edir.

Səfir Türkiyə və Azərbaycan şirkətlərinin qarşılıqlı fəaliyyətini istiqamətləndirmək məqsədilə məlumat bazasının yaradılacağını və TAİB-in bu məlumatların şirkətlərlə paylaşılmasında yaxından iştirak edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Şamaxı yolundakı VƏZİYYƏT – VİDEO

Bakı–Şamaxı yolundakı VƏZİYYƏT – VİDEO

Bu il Azərbaycanı nələr gözləyir? - Məşhur ekstrasensdən ŞOK PROQNOZLAR

Bu il Azərbaycanı nələr gözləyir? - Məşhur ekstrasensdən ŞOK PROQNOZLAR

Niyam Salami Brilliant Dadaşovaya paltar aldı - VİDEO

Niyam Salami Brilliant Dadaşovaya paltar aldı - VİDEO

Gecə-gündüz eyni mahnını dinləyirsiniz? — Səbəbi sizi təəccübləndirəcək

Gecə-gündüz eyni mahnını dinləyirsiniz? — Səbəbi sizi təəccübləndirəcək

Ötən il öldürülən jurnalistlərin SAYI açıqlandı

Ötən il öldürülən jurnalistlərin SAYI açıqlandı

İbrahim Tatlısəsi AĞLADAN qadın - FOTO

İbrahim Tatlısəsi AĞLADAN qadın - FOTO

Bu yolda sürət həddi endirilib

Bu yolda sürət həddi endirilib

Hikmət Hacıyev: “Biz Tramp administrasiyasının tam dəstəyinə malikik”

Hikmət Hacıyev: “Biz Tramp administrasiyasının tam dəstəyinə malikik”

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Bu rəsm əsərinə uzun müddət baxan adam PARALEL dünyaya keçir

Bu rəsm əsərinə uzun müddət baxan adam PARALEL dünyaya keçir

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

Xameneyinin banneri alova büründü – VİDEO

Xameneyinin banneri alova büründü – VİDEO

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Sakit uşaqlar - Utancaqlıq, yoxsa psixoloji narahatlıq?

Sakit uşaqlar - Utancaqlıq, yoxsa psixoloji narahatlıq?

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Ağsuda BƏDBƏXT HADİSƏ – Vəziyyətləri ağırdır

Ağsuda BƏDBƏXT HADİSƏ – Vəziyyətləri ağırdır

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Rubldan REKORD göstərici - Dollara nisbətdə ən çox bahalaşan valyuta olub

Rubldan REKORD göstərici - Dollara nisbətdə ən çox bahalaşan valyuta olub

2026-cı ilin ilk günlərində bunları MÜTLƏQ edin – Bolluq və rifah gətirəcək

2026-cı ilin ilk günlərində bunları MÜTLƏQ edin – Bolluq və rifah gətirəcək

End of content

No more pages to load

RADİO