Dumanlı hava şəraiti Rusiyanın paytaxtı Moskvanın hava limanlarında problemlər yaradıb.
Bizim.Media xəbər verir ki, "Vnukovo" hava limanında 48 reys təxirə salınıb, 9-u ləğv edilib, "Domodedovo" hava limanında 61 reys təxirə salınıb, 7 reys isə ləğv edilib.
"Şeremetyevo" hava limanında isə 17 aviareys təxirə salınıb, 9 aviareys ləğv edilib.
Bizim.Media