Xəbər verdiyimiz kimi ötən günlərdə Türkiyədə rus jurnalistləri saxlanılmışdır.
Bizim.Media xəbər verir ki, Türkiyədə saxlanılan rus jurnalistləri arasında əslən azərbaycanlı olan türk vətəndaşı, Rusiyanın NTV kanalının Türkiyədəki müxbiri Aytac Carçıyeva da olub.
Bu gün jurnalistin evində xüsusi axtarış aparılıb, şəxsi kompyuteri araşdırılmaq üçün götürülüb.
Qeyd edək ki, jurnalistlər icazəsiz olaraq Bayraktar PUA-ların istehsal edildiyi ərazidə qanunsuz çəkiliş etdikləri üçün saxlanılıblar.
Bizim.Media