Dekabrın 17-də Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin yekunlarına dair mətbuat konfransı baş tutacaq.
Bizim.Media-ya “TACC”-a istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O bildirib ki, epidemoloji vəziyyətlə əlaqədar olaraq mətbuat konfransı veb-sayt üzərindən keçiriləcək.
Həmçinin, D.Peskov əlavə edir ki, sayt vasitəsilə dövlət başçısına zəng, mesaj, video zəng etmək mümkün olacaq. Prezidnetə ünvanlanan sual və müraciətlər bir dəqiqəni keçməməlidir.
Bizim.Media