Vahid Milli Hərəkat Partiyasının lideri və Tbilisi merliyinə namizəd Nikanor Meliyaya hücumla bağlı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Şəxsiyyəti məlum olmayan şəxs Nikanor Meliyaya hücum edib. O, partiya sədrinin başına yumruq zərbələri endirib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Bizim.Media